8 ölkə Bakıda suda yarışacaq

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə su polosu üzrə beynəlxalq turnirin açılışı olacaq.

Federasiyanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı Su İdmanı Sarayında keçiriləcək yarışda Azərbaycan yığması ilə yanaşı Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan komandaları iştirak edəcək.

Turnirdə 8 komanda 2 qrupda əvvəlcə dairəvi sistem, sonra isə yerlər uğrunda mübarizə aparacaq.

Mayın 9-dək davam edəcək yarışların qalibləri medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaq. …read more

From:: ANS