Bakıda qadın sevgilisi tərəfindən bıçaqlandı (VİDEO)

Bakının Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayeva naməlum şəraitdə bıçaqlanıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qadının əvvəllər onunla qeyri-rəsmi nikah münasibətlərində olduğu Sabirabad rayon sakini, 40 yaşlı Lətif Babayev tərəfindən bıçaqlandığı müəyyən edilib.

Lətif Babayev istintaqa bildirib ki, mübahisəyə onun Nərgizlə qeyri-rəsmi nikahdan olan üç yaşlı övladının uşaq evinə verilməsi səbəb olub.

Daha doğrusu, Nərgiz Babayeva bu addımı atanda uşağın atası ilə məsləhətləşməyib.

Saxlanılan şəxs Lətif Babayev deyir ki, onun yaşadığı evə gedib-gəlirdim, axırıncı dəfə gələndə gördüm ki, uşağımı aparıb uşaq evinə veriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Lətif Babayevin keçmiş sevgilisini bıçaqlanmasının tam dəqiq səbəbləri istintaq zamanı müəyyən ediləcək.

…read more

From:: ANS