Putini aldatmaq istəyən pendir satandan yeni xəbər

Rusiya prezidenti Vladimir Putinin ənənəvi canlı yayımında çıxışı ilə diqqət çəkən fermer Con Kopiski ilə bağlı yeni məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, Britaniya əsilli fermer Con Kopiski biznesini 3 milyard rubla satmağa hazırlaşır. Vladimir Putinlə söhbətdən sonra məşhurlaşan fermer Vladimir vilayətinin Petuşki şəhərində olan öz təsərrüfatını satmağa hazırdır.

“Satmaq çətin olacaq. Banka satmayacağam, eyni maliyyə investoruna satmaq fikrim də yoxdur. Mən buranı elə bir insana satmaq istəyirəm ki, daha sonra o buranı inkişaf etdirməyə çalışsın. Beləsi varmı? Bilmirəm”, – deyə Con Kopiski deyib.

Onun sözlərinə görə, fermer təsərrüfatının satmaq istəyi övladlarının onun işini davam etməyə istəməməsi səbəb olub.

Britaniyalının hazırda fermer təsərrüfatı hər gün 45 ton süd verən 3,6 min inəkdən ibarətdir. Fermanın inkişafına artıq 1,5 milyard rubldan çox sərmayə qoyulub.

Qeyd edək ki, Rusiya prezidentinin canlı yayımında Con Kopiski Vladimir Putinə fermerlərin süd məhsullarını öz dəyərindən aşağı satdıqlarını bildirmişdi. Con şikayətlənmişdi ki, 20 ildən artıq bizneslə məşğul olmasına baxmayaraq gəlir əldə və öz istehsalını inkişaf etdirə bilmir. Lakin sonra məlum olmuşdu ki, Con Kopiski kənd təsərrüfatına dəstək üçün yaradılmış saytda pendirin yarım kilosunu 895 rubla (təxminən 18 manat) satır. Pendirin bir kilosu 1790 rubl (təxminən 37 manat) düşür. …read more

From:: ANS