İlham Əliyev: Bakı mənim üçün ən gözəl şəhərdir (FOTO)

Son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Kadr hazırlığı da lazımi səviyyədədir. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilib. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda var.

ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev “İnturist” otelinin açılışında deyib.

Son 2-3 il ərzində nə qədər gözəl otellərin tikildiyini deyən prezident bildirib ki, “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton”, – bunlardan əvvəl “Hyatt” var idi, – indi də “İnturist” oteli.

“İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb. “Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər.

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir. Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür. Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Bu proses davam etdirilir. Bax bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt …read more

From:: ANS