Bikinidə karate (FOTO)

Bu yaxınlarda amerikalı karateçi Mişel Uoterson UFC-nin (Absolyut Döyüş Çempionatı) qadın divizionuna qoşulub.

ANS PRESS-in məlumatına görə, Mişel döyüşlə yanaşı fitnes-bikinidə modelliklə də məşğuldur. Onun zərif asiyalılara xas xarici görünüşü və karatedə qara kəməri Mişelə istər model, istərsə də döyüşçülər arasında layiqli yer tutmağa imkan verir.

2011-ci ildə qızı olan Mişel Uoterson bir il sonra yenidən döyüşlərə qayıdıb, 2015-ci ilin aprelində isə UFC-yə keçidini tamamlayıb. Lakin onun qaydasız döyüşlərdə ilk çıxışının nə vaxt olacağı bəlli deyil. Amma Mişelin yüngül çəkili divizionda çıxış edəcəyi gözlənilir. Həmin döyüşlərdə ukraynalı Marina Moroz və rusiyalı Aleksandra Albu da gücünü sınayacaq.

Ümumiyyətlə, peşəkar idmanla yanaşı öz gözəl bədən quruluşu ilə görənləri heyran edən idmançılar az deyil. Belə idmançılar içərisində Ronda Rouzi, Mişa Teyt, Tesiya Torres, Bet Koreyya, Cesika Penne, Holli Holm, Culiana Penya, Cina Karano xüsusilə məşhurdurlar.

…read more

From:: ANS