15 dəqiqəyə hazır olan tort (FOTO,VİDEO)

Yaz-yay yüngül yeməklərin fəsli olsa da bu disert sizin süfrənizi bəzəyəcək. Bu şirniyyatın əsas üstünlüyü ondadır ki, onu bişirmək lazım deyil və sizə cəmi 20 dəqiqə vaxt lazım olacaq. Çiyələk və şokoladın vədhəti sizə əsl ziyafət hissi yaşadacaq.

ANS PRESS həm asan, həm də dadlı şirniyyat reseptləri təqdim edir.

300 qram tünd peçenye
100 q kərə yağı
200 q südlü şokolad
100 q qara şokolad
200 ml. qaymaq
300 q təzə çiyələk
Dekor üçün badam və ya qoz.

Peçenyeni blenderdə xırdalayın. Üzərinə ərinmiş yağı tökərək bir müddət daha qatın.
Əldə edilən məhlulu xüsusi formaya salın. Qaşıqla səthini düzləşdirin. Onu soyuducuya qoyun və dondurun.

Ayrı bir qabda şokoladı su buxarında əridin və qayamaqla qatın. Şokolad tam həll edilənə qədər qatın. Soyuyan peçenye səthin üzərinə qaymaqlı şokoladı tökün. Bir müddət gözlədikdən və şokolad tam soyumadan üzərinə çiyələk düzün. Dekor kimi isə xırdalanmış badam və ya qozdan istifadə edin.

İki saat soyuducuda saxlayandan sonra süfrəyə verə bilərsiniz.

…read more

From:: ANS