ORT Bakını unutmadı (VİDEO)

Bir neçə gündən sonra Böyük Vətən müharibəsində əldə edilən qələbənin 70 illiyi qeyd ediləcək.

ANS PRESS-in məlumatına görə, Qələbə günü ərəfəsində Rusiyanın birinci kanalı “Novosti” xəbərlər buraxlışında “Qələbənin nəvə-nəticələri” (Правнуки Победы) adlı rubrika hazırlayıb.

May ayının 9-na qədər qələbənin əldə edilməsində rolu olan ölkələrdən, şəhərlərdən olan qəhrəmanların nəticələri ilə ulu nənə-babaları haqqında maraqlı reportajlar təqdim edəcək.

Ötən günkü buraxılış isə Qələbənin əldə edilməsində böyük rolu olan Bakıya – azərbaycanlı qəhrəmanlara həsr edilib. Müharibə iştirakçılarının Bakıda yaşayan nəticələri Ələkbər Tağıyevin “Sən gəlməz oldun” musiqisinin sədaları altında qəhrəmanlardan danışıblar.

“Mənim ailəmin hekayəsi Böyük vətən müharibəsi ilə sıx bağlıdır. Mənim ulu babalarımdan biri Həmdullayev Əliyar Stalinqradda tank məktəbində təhsil alıb. Buranı da elə müharibə ərəfəsində başlayıb”, – deyə onun nəticəsi 14 yaşlı Svetlana Məmmədova deyib.

Nəticəsinin sözlərinə görə, azərbaycanlı qəhrəman Stalinqrad ətrafında döyüşlərə qatılıb, Belarus cəbhəsində vuruşub. Budapeşt, Praqa, Vyananın azad edilməsində iştirak edib. Bundan sonra isə Mancuriyaya gedib.

“Bu zaman ulu nənəm, onun həyat yoldaşı Dağıstanda silah-sursat istehsal edən müəssisədə işləyib. Təssüf ki, mən onlardan heç birini görməmişəm. Amma mən onlar haqqında valideynlərimdən, onların ata-anasından çox eşitmişəm. Mən onlarla fəxr edirəm və 9 may bayramı onların xatirəsi ilə bağlıdır”.

13 yaşlı Nikita Cvirdov da ulu babası və nənəsinin qəhrəmanlıqlarını qürurula anır. “Belyayeva Valentina Danilovna blokadada olub və özü kimi blokadada olanlara tibbi yardım göstərib. Bir dəfə belə bir hadisə olub. O məşhur bir professoru ziyarət edib və görüb ki, onun özünü itirən qızı acından az qala özünə bıçaq qaldırıb. Lakin onun qarşısı alınıb və öz çörək payını nənəm ona verib. Ulu babam Boqomolov İvan Fillippoviç kəşfiyyatda iştirak edib. O, Stanlinqrad, Varşava, blokadada olan Leninqradda öz dəstəsi ilə kəşfiyyat əməliyyatları həyata keçirib. Yaralandığı Stalinqrad ətrafında da məhz nənəmlə tanış olub. Müalicədən sonra onu yenidən cəbhəyə göndəriblər. Ayrılıq çətin olsa da onlar məktublaşıb və görüşüblər”.

15 yaşlı Fidan Mənsimovanın ulu babası Əliyev Ələsgər …read more

From:: ANS