Əlinizə pullar gələcək

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Gününüz asan olmasa da, həm qarşınıza qoyduğunuz məqsədlərə çata, həm də rəqiblərinizi ötüb keçə bilirsiniz. Peşəkar sahədə əməlli-başlı irəliyə sıçrayış edə bilərsiniz. Öz gücünüzə inanır və çətinliklər yaranarkən geri çəkilmirsiniz. Qələbə qazanmaq üçün də elə bu lazımdır.
Günün ikinci yarısı planlaşdırılmamış, amma çox maraqlı görüşlər mümkündür. Bir çox Qoçlar ünsiyyətdən xeyli zövq aldıqları insanlarla yenidən görüşəcəklər.

Buğa – Çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri əvvəlkitək güclüdür. Hiss edirsiniz ki, sizin üçün mümkünsüz heç nə yoxdur və bu, doğrudan da belədir. İşgüzar danışıqlar üçün əla gündür, kimi istəsəniz, özünüzün haqlı olduğunuza inandıracaqsınız.
Maliyyə perspektivləri yaxşıdır. Əlinizə vaxtında pullar gələcək. Bir çox Buğaların əla əşyalar əldə etmək şansları var. Bunların siyahısı qarderobdan tutmuş, məişət texnikası və avtomobilədək dəyişə bilər.

Əkizlər – Bu gün çox ciddi problemləriniz ola bilər. Bunların ən başlıcası isə qeyri-sabit emosional vəziyyətinizdir. Bu səbəbdən Əkizlərin çoxu vacib olanı ikinci dərəcəlidən ayıra bilmir, ən xırda hadisə isə onlara fəlakət kimi görünür.
İş ortaqlarınızla fikir ayrılıqları yaranır. Ümumi işin zərərinə olsa da, öz nöqteyi-nəzərinizi müdafiə edirsiniz. Maliyyə itkiləri mümkündür. Nə özünüzün, nə də başqasının biznesinə yatırım edin.

Xərçəng – Bu gün dünənkindən bir qədər sönük və sakitdir. Öz işlərinizlə məşğul ola bilərsiniz. Kimsə sizə mane olub işinizdən ayırmayacaq. Maraqlı təkliflər ala bilərsiniz. Amma hələlik bunlar konkret deyil, odur ki, onların üzərində baş sındırmağa dəyməz.
Günün ikinci yarısı istirahət, səfərlər, şəraitin dəyişməsi, ziyafətlərdə iştirak üçün yaxşıdır. Sizə pozitiv emosiyalar lazımdır. Onları alan kimi həyatınızın mənası dəyişəcək. Xoşbəxtlik öz əlinizdədir.

Şir – Çox gözəl gündür, həm yeni layihələrin başlanması, həm də köhnələrin davam etdirilməsi üçün münasib vaxtdır. İşgüzar potensialınız yüksəkdir. Əgər peşəkar sahədə qarşınıza hansısa yüksək bir məqsəd qoysanız, onu əldə etməkdə kimsə sizə mane ola bilməz. Yeni iş ortaqları tapa bilərsiniz. Biznesmen Şirlər öz işlərini genişləndirə bilərlər.
Şəxsi münasibətləriniz də əladır. …read more

From:: ANS