Bakının rəngli zibil qutuları (VİDEO)

Paytaxtın Binəqədi rayonunun bir neçə yerində rəngli qutuları görmək olar. Amma çoxumuz bu qutuların zibil qutusu olduğunu bilmirik. 4 çeşiddə təşkil edilən bu plasmas qutular həm də fərqli rəngdədir. Yəni üzərinə qarışıq, şüşə yazılıbsa tullantıları buna uyğun atırsan.

Sakinlərdən bi neçəsi bu qaydaya riayət edir. Kimi şüşəni uyğun qutuya, kimisi də quruyan çörəyi nəzərdə tutulmuş qutuya atırdı. Amma bunu edən sakinlər məhz digər sakinlərə də bu qaydalara əməl etmyi xahiş etdi.

“Zibili çeşidinə uyğun olaraq müəyyən edib qutulara atırıq. Eləcə də sakinlər də xahiş ediri ki, bu qaydalara riayət etsinlər. Az da olsa bu qaydalar pozanlar tapılır”, – deyə sakin Ələddin Əbilov bildirib.

Sakin Telli Alışov bildiri ki, bəzi sakinlər zibili hara gəldi atır, məhz onlardan xahiş edirik ki, bu qaydalara riayyət etsinlər.

Bundan başqa burda yenilik həm də ondan ibarətdir ki, bu qutuların hər birini özünə məxsus maşınlar götürür. Yəni şüşə qutusunu başqa maşın, politelin qutusunu isə bir başqa maşın.

Binəqədi rayon mənzil kommunal təsərrüfat birliyinin rəisi Azər Məmmədovun dediyinə görə, bu çür tullantı qutuları rayonun 28 ərazisində qurulub. Həmin qutular artıq çeşidləməyə ehtiyac yoxdu, yəni qutuya tullantı atan sakin özü bunu çeşidləyib atır. Həmin qutularda gün ərzində iki dəfə müxtəlif maşınlar tərəfindən boşaldılır:

“Sakinlərlə mütamaddi olaraq görüşlər keçirilir. Vətəndaşlara izah olunur ki, zibil çeşidlənərək hər birini uyğun qutuya atsınlar. Eyni zamanda qutular yığılan müxtəlif adda tullantıla maşınlar vasitəsilə ərazidən götürülür”.

Rəis onuda əlavə etdi ki, artıq bu kimi tullantı qutularının rayon ərazisində sayı artırılacaq.

Avropa Oyunları ərəfəsində bu qutular yalnız axşam saat 22:00-dan səhər saat 7-dək boşaldılacaq.

…read more

From:: ANS