Putindən dəyişiklik

Prezident Vladimir Putin Sankt-Peterburqda Konstitusiya Məhkəməsində Rusiyada dekabrın 12-də keçiriləcək Konstitusiya Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edib. O bəyan edib ki, ölkənin əsas qanunu sabit olmalıdır, lakin həyat diqtə edəndə konstitusiyaya düzəlişlər etmək olar.

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı yazıb ki, dövlət başçısı əsas qanun üzərində işin heç vaxt dayanmadığını söyləyib: “Bəzən həyatın özü Əsas qanuna müəyyən düzəlişlərin edilməsini tələb edir. Konstitusiya normalarını daim təhlil etmək və onu sürətlə dəyişən həyat reallıqlarına uyğunlaşdırmaq mühümdür. Mən “canlı konstitusiyanı” yaratdıqları üçün məhkəmənin üzvlərinə minnətdarlığımı bildirirəm. “Canlı konstitusiyanın” yaradılması yeni şərhlərin sayəsində mətnin sabitliyinin qoruyub saxlaması deməkdir. Beləliklə, konstitutsiya daha tutumlu, daha müasir olur.”

Xatırladaq ki, 2008-ci ildə Dövlət Duması prezidentlik müddətini 4 ildən altı ilə, dumanın səlahiyyətlərini isə 4 ildən 5 ilədək uzadan qanunlar qəbul edib. Təbiidir ki, bu qanunlar qəbuil edilərkən konstitusiyaya da “əl gəzdirmək” lazım gəlib.

Mətbuat yazır ki, Rusiyanın hazırkı konstitusiyası Putinin 2000-ci ildə əl qoyub and içdiyi əsas qanundan tanınmaz dərəcədə fərqlənir. Müxalifət elə o vaxtda hakimiyyəti konstitusiyaya referendum keçirmədən dəyişikliklər olunmasınına görə tənqid edirdi.

Rusiya Konstitusiyasına ikinci ən ciddi düzəliş 2014-cü ilin əvvəllərində edilib. Konstitusiyaya edilmiş bu düzəlişə əsasən Ali və Ali Arbitraj məhkəmələri birləşdirilib. …read more

From:: ANS