İrəvana qara gələn Yeni il

Erməni nəşrlər ölkə sakinlərinin Yeni ildə bayram masasının necə olacağını müəyyən etməyə çalışıblar.

Ermənistan milli statistika xidmətinin məlumatına görə, ərzaq məhsullarının inflyasiyası cəmi 2,9% təşkil edib.

Jurnalistlərin fikrincə, indiki zaman üçün çox kiçik olan bu rəqəm onunla izah edilir ki, ərzaq məhsulları almaq üçün əhalidə yetərincə vəsait yoxdur. Bir sözlə, əhalidə pul yoxdur. Ermənistan miqrantlarının əsasən üz tutduğu Rusiyadan isə pul axını nəzərəçarpacaq səviyyədə quruyub. Ölkədə iş isə həmişəki kimi yoxdur.

Bundan başqa, Yeni il öncəsi Ermənistan hakimiyyəti daha bir müəssisəni – ölkənin kimya sənayesinin əsas flaqmanı olan müəssisəni bağlayıb. Deməli, daha mindən artıq insan işsiz qaldı.

Jurnalistlər araşdırma apararaq sübut ediblər ki, Ermənistan milli statistika xidməti, necə deyərlər, hamını aldadır. Ermənilərin ənənəvi Yeni il masasının qəlyanaltısı olan basdırmanın kiloqramı 654 dram, yəni 9%-dən çox bahalaşıb.

Amma statistika iddia edir ki, bu delikatesin qiyməti yetirəncə ucuzlaşıb. Yəni iki məlumat bir-birindən çox fərqlənir. Bu cür yalan başqa məhsullar barədə də verilir.

Qəzetlərin yazdığına görə, qiymətlər yenə də yuxarı dırmanmaqda davam edir. Yerli iqtisadçılar mətbuat səhifələrində əhaliyə xəbərdarlıq etməkdə davam edirlər ki, işinizi ehtiyatlı tutun və daha qənaətcil olun.

Yerli valyuta dramın iflası da vəziyyəti xeyli dərinləşdirir. O, hazırda Rusiya rublunun ardınca sürüklənir. Ermənistan indi Rusiya rublunun sevinc və kədərini bölüşməyə məcburdur.

Prezident Serj Sarkisyan isə xalqı aldatmağa davam edir, bu Cənubi Qafqaz respublikasının son 20 ildə hansı iqtisadi uğurlar qazanması barədə yalanlar danışır. …read more

From:: ANS