Yaranmış böhrana son qoyulacaq

Tehranın nüvə proqramı ətrafında yaradılmış böhrana son qoyulacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

O, Twitter səhifəsində yazıb: “Hazırda danışıqlar davam etdirilir. Amma yekun razılaşma üçün qarşıda hələ ağır işlər var”.

ABŞ-ın dövlət katibi Con Kerri iki gün əvvəl İranla razılaşmaya qarşı çıxanları, xüsusilə Konqres üzvlərini isteriyanı kənara qoymağa çağırıb.

İranla danışıqlarda ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir. Tərəflər bu il aprelin 2-də İsveçrədə məsələ ilə bağlı çərçivə sazişi imzalayıblar və iyunun 30-dək yekun razılıq əldə olunmalıdır. Əsas hədəf İranın nüvə proqramının dayandırılması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılmasıdır. …read more

From:: ANS