Facebook-dan unikal yenilik

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook daha bir neçə yenilik edib.

ANS PRESS-in məlumatına görə, Facebook ötən il elan edilən “Graph Search” və ya “Sosyal Ağ axtarışı” xüsusiyyətini mobil platformada tətbiq edib.

Bu gün etibarilə “iOS” istifadəçiləri üçün yayımlanan “Sosial Ağ axtarışı” xüsusiyyəti hazırda ABŞ-dakı istifadəçilər tərəfindən istifadə edilə bilir. Ancaq yaxın günlərdə bu xüsusiyyətin digər istifadəçilər tərəfindən də istifadə ediləcəyi mümkün olacaq.

Facebook-un açıqladığı digər yenilik isə, sosial şəbəkədəki axtarışlarla bağlıdır. Belə ki, bundan sonra Facebook-da daha əvvəl paylaşdığınız yazıları açar kəlmə ilə rahatlıqla tapa biləcəksiniz. Məsələn, illər əvvəl hesabınızdan “Üzüklərin Əfəndisi” filmi ilə əlaqədar bir yazı paylaşdınız. İndi bu yazını tapmaq istəyirsinizsə “Üzük” və ya “Əfəndi” sözlərini yazmanız kifayət edəcək. Beləliklə də asanlıqla istədiyiniz yazını tapa biləcəksiniz.

Bu funksiyaların tezliklə digər platformalara və ölkələrə də tətbiq edilməsi gözlənilir. …read more

From:: ANS