Akinfeyevin başına yanar maddə atan azarkeşdən jest (FOTO, VİDEO)

Rusiyanın qapıçısı İqor Akinfeyevin başına yanar maddə atmış azarkeş qapıçıya saat hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, azarkeş Luka Lazaroviç qapıçıya ölkəsinin əsas müqəddəs monastırının saatını bağışlayıb. Akinfeyevə hədiyyəsini “Tornado” uşaq futbol komandasının başçısı Aleksey Triputenin verəcək.

Sözügedən saat Çernoqoriya və Rusiya azarkeşlərinin arasında yoldaşlıq matçından sonra alınıb. Oyunda Luka Lazaroviç də iştirak edib. Onu bu oyuna görə həbsxanadan xüsusi icazə veriblər. Oyunda hər iki ölkə adından 20-dən çox sabiq futbolçu iştirak edib. Görüş 5:2 hesabı ilə Çernoqoriyanın xeyrinə başa çatıb.

Xatırladaq ki, AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçirilən Çernoqoriya – Rusiya matçında arzuolunmaz hadisə baş vermişdi. Matçın 18-ci dəqiqəsində meydana atılan yanan maddə Rusiyanın qapıçısı İqor Akinfeyevin başına dəymiş və qolkiper yerdə qalmışdı. Bu səbəbdən oyun bir müddət dayandırılmış, 30 dəqiqəlik fasilədən sonra başlamışdı.

…read more

From:: ANS