Təhsilimizdə daha bir yenilik (VİDEO)

Bu il I və IV-cü ixtisas qrupları üzrə ali məktəblərə 87932 abiturient sənəd verib. ANS TV-nin məlumatına görə, onlardan 54475 cari ilin 33457-si isə əvvəlki illərin məzunlarıdır.

Bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, bu il həm cari ilin, həm də əvvəlki illərin məzunları artıq I-IV qruplardan biri üzrə artıq sənəd verməsinə baxmayaraq, onların həm də V qrup üzrə də ərizə vermək hüquqları var.

“Bu ilin məzunları və əvvəlki illərin məzunları IV qrupdan birinə artıq ərizə veribsə, onların V qrupa da ərizə vermək hüququ var. Amma təbii ki, bu, məcburi deyil. Abituriyentlər özləri hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər.İxtisas seçmə vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik”-deyə Məleykə Abbaszadə əlavə edib.

Qeyd edək ki, V ixtisas qrupu üzrə sənəd qəbulu isə mayın 5-dən 18-dək aparılacaq.

…read more

From:: ANS