Xatun: “Boşanmalıyıq” (AUDİO)

Populyar müğənni “Boşanmalıyıq” deyir. İfaçının produseri Səbuhi Arifin ANS PRESS-ə verdiyi məlumata görə, Xatun “Boşanmalıyıq” adlı yeni mahnı yazdırıb.

Mahnının musiqisi Ruslan Səfəroğlunun, sözləri Elçin Məhərrəmovundur.

Mahnı lirik janrdadır. Mahnıya tezliklə klip çəkiləcək, artıq rejissorlarla danışıqlar gedir. Klip təmtəraqlı şəkildə mediaya təqdim ediləcək.

Xatun bundan əlavə daha bir neçə yeni mahnı üzərində işləyir. Onlar dinləyicilərin ixtiyarına yay mövsümündə veriləcək.

…read more

From:: ANS