Millət vəkili əsgərlərə yemək bişirdi (FOTO)

Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə əsgərlərimiz üçün yeməklər bişirib.

ANS PRESS-in məlumatına görə, deputat bu barədə sosial şəbəkədə məlumat verib və fotolar paylaşıb:

” Böyük həvəslə kömək etdik aşbazlarımıza. Həm yemək bişirdik, həm də gözəl söhbət etdik. Sonra da bişirdiyimiz yeməkləri hamımız birlikdə yedik. Əsgərlərimiz gözəl alındığını söylədi. Onları yüksək ruh içində görməkdən çox mənmun idim.

Çox şükür ki, getdikcə ordumuz daha da inkişaf edir və bu gün o gənclər arasında düşmənə layiqli cavab verə biləcək onlarla əsgər və hərbiçimiz vardır. Tovuzda və bütün ön cəbhəmizdə layiqlə ölkəmizi qoruyan bütün qardaş-bacılarımıza təşəkkür edirik.

Tovuzda ön cəbhədə gözəl bir gün oldu. Nuriyyə xanım da sağ olsun, öz gözəl ifaları ilə onlara daha da gözəl bir gün yaşatdı. Hamımız inşallah yaxın zamanlarda Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan bir millət olaraq azad edib ö gözəl torpaqlarımızda bayramları qeyd edək dedik. Kitablardan da danışdıq və ianıram ki, hədiyyə etdiyimiz kitabları oxuyub daxili aləmlərini də daha da zənginləşdirəcəklər”.

…read more

From:: ANS