Azərbaycanda 28 müəssisədə nöqsanlar aşkarlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ötən ay Azərbaycanda elan olunmuş “Təhlükəsiz iş aylığı”nın yekunlarına dair mətbuat konfransı keçirib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, F.Əlizadə Xidmət tərəfindən nəzarət tədbirləri ilə yanaşı, əməyin mühafizəsi məsələlərinə işəgötürənlərin diqqətinin artırılması üçün maarifləndirici və qabaqlayıcı tədbirlərə də xüsusi önəm verildiyini vurğulayıb:

“Hələ 2014-cü ilin sentyabr ayından başlayaraq ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”, bu il yanvarın 26-dan fevralın 5-dək isə “Təhlükəsiz iş ongünlüyü” keçirilib. Cari il aprel ayının “Təhlükəsiz iş aylığı” elan edilməsi də bu yöndə tədbirlərin davamı olmaqla, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, işçi əməyinin təhlükəsizliyi ilə bağlı işəgötürənlərin sosial məsuliyyətinin artırılmasına xidmət edib”.

Aylıq çərçivəsində konkret Tədbirlər Planı əsasında aparılan işləri diqqətə çatdıran F.Əlizadə bildirib ki, bu dövrdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran, Şəki, Quba, Bərdə, İmişli, Qazax rayonlarında yerləşən 12 iri müəssisənin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilib. Bu görüşlər zamanı onlara əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilib.

Habelə işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı sualları cavablandırılıb, eləcə də əməyin mühafizəsi tələblərinin pozulmasına görə işəgötürənlər üçün qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri onların nəzərinə çatdırılıb. Həmin müəssisələrdə yaradılmış əmək şəraitlərinə baxış olub, onlara müvafiq hüquqi-praktik izahatlar verilib. Xidmət rəisi qeyd olunan dövrdə tikinti obyektlərində, eləcə də mişar, dekorativ və üzlük daşlarının istehsalı sahələrində (daş karxanalarında), yəni istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə nəzarət tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb:

“Təhlükəsiz iş aylığı” çərçivəsində ümumilikdə 49 müəssisədə əməyin mühafizəsi vəziyyətinə nəzarət tədbiri həyata keçirilib. Onu da bildirim ki, hələ cari ilin əvvəllərində digər müəssisələr kimi, bu müəssisələrə də rəsmi məktubla müraciət olunaraq, əməyin mühafizəsi sahəsində mövcud …read more

From:: ANS