Sabiq deputata hücum edildi

Türkiyənin İstanbul şəhərində ölkənin sabiq millət vəkili Feyzi İşbaşaran hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, o polis idarəsinə gətirilən zaman keçmiş vəkilə hücum edilib.

Naməlum şəxslər təhqiramiz ifadələrlə İşbaşarana hücum edib, onu döyməyə çalışıblar. İşbaşarana hücum edən şəxslər “sən kimə söyüş söyürsən?” – deyə sabiq dövlət rəsmisinin üzərinə atılıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları qarşıdurmaya mane olub. Polis hər iki şəxsi həbs edib.

Məlumata görə, İşbaşaran Tvitter sosial şəbəkəsi vasitəsilə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edib. Daha sonra o, vəkil ilə dalaşıb.

Bununla belə, İşbaşaran jurnalistlərin “niyə həbs olunmusunuz?” sualına “bilmirəm” – deyə cavab verib.

İşbaşaran Taksim polis binasından çıxarılan zaman bu dəfə iqtidar partiya tərəfdarlarının yumurta hücumuna məruz qalıb. Polis yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün etirazçılara güc tədbiq edib.

…read more

From:: ANS