Bakıda piyada maşın yoluna çıxdı, maşın piyada keçidinə girdi

Bakıda gecə saatlarında sürücü piyadanı vurmamaq üçün qəza törədib. Hadisə Səbail rayonun “Azneft” dairəsindən üzü Bayraq meydanı istiqamətində gedən yolda baş verib. Hadisə zamanı Aslan Nəsibov həmin istiqamətdə “Mercedes” markalı maşınla hərəkətda olan zaman qəfildən onun qarşısına yolu keçmək istəyən piyada çıxıb. Sürücü piyadaya xəsarət yetirməmək üçün avtomobili sağa çəkib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yeraltı piyada keçidinin divarına çırpılıb.

Qeyd edək ki, hadisə baş verən yerdə piyadaların yolu təhlükəsiz keçməsi üçün yeraltı keçidi inşa edilib. Amma qəzaya səbəb olan piyadanın həmin keçiddən istifadə etməməsi hadisənin baş verməsinə şərait yaradıb.

Qəza ilə bağlı Səbail Rayon Dövlət Yol Polis şöbəsində araşdırma başlanılıb. Qəzanın baş vermə səbəbləri bu araşdırmalardan sonra məlum olacaq. …read more

From:: ANS