Bazarda qəfil bahalaşma

“Yeni ildən sonra Rusiyada çay və qəhvənin topdan satış qiymətləri ən azı 10% artacaq”.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın çay və kofe istehsalçıları assosiasiyası – “Rosçaykofe”dən bildirilib. Assosiasiyasının baş direktoru Ramaz Çanturiya qeyd edib ki, çay və qəhvə xammalına olan xərclərin artması Rusiya müəssisələrinin gəlirsiz işləməsinə və zərər etməsinə səbəb olub.

Baş direktor qeyd edir ki, şirkətlər ilin sonuna kimi qiymətləri hazırki vəziyyətdə saxlamağa və ticarət şəbəkələriylə bağlanmış müqavilələri yerinə yetirməyə çalışacaq.

Onun fikirinə görə, çayın və qəhvənin elit markalarını istehsal edən istehsalçılar qiymətləri uzun müddət aşağı həddə saxlamağı bacarmayacaq: “Orta və aşağı qiymət seqmentlərinin markalarını istehsal edən şirkətlər isə qiymətləri daha uzun müddət hazırki qiymətlərdə saxlaya bilərlər. Qəhvə və çayın yeni qiymətləri gələn ilin mart ayında qəti olaraq bəlli olacaq. Məhsulların pərakəndə qiyməti təxminən 20% bahalaşacaq”, – deyə baş direktor qeyd edib.

Qeyd edək ki, Rusiyada rublun dəyərini itirməsi fonunda bəzi məhsulların qiyməti kəskin şəkildə artmağa davam edir. Artıq noyabr ayının əvvəlindən Rusiyada qarabaşağın qiyməti 27,5% bahalaşıb. Təkcə bir həftə ərzində (11-17 noyabr) qarabaşağın qiyməti 16,1% artıb. Qiymətlərin artmasına bazarda məhsul qıtlığı ilə bağlı şayiələrin yayılması da təsir edib. …read more

From:: ANS