Nazirlik 74 mini ödətdirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı bir sıra hallarda iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, xidmətin belə hallarla əlaqədar gördüyü konkret tədbirlər nəticəsində bu ilin noyabr ayında işəgötürənlər tərəfindən ümumilikdə 74 869 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.

Həmin vəsaitin 47086 manatı əmək haqlarından, 13 275 manatı zərər görən ödənclərdən, 14 508 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub.

Ödənilməsi təmin olunmuş gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği ötən ilin noyabr ayı ilə müqayisədə 4,5 dəfə çox olub. …read more

From:: ANS