Azərbaycanlı jurnalist vəfat etdi

BBC radiosunun Azərbaycan xidmətinin keçmiş əməkdaşı, tanınmış jurnalist Sədaqət İsmayılova vəfat edib. Mərhumla vaxtilə bir yerdə işləmiş həmkarları bildiriblər ki, Sədaqət İsmayılova mayın 3-də dəfn olunub.

O, 1994-cü ildə BBC Azərbaycan radiosunu quran jurnalistlərdən biriydi.

S.İsmayılova BBC Azərbaycan xidmətinin radio dalğalarında həftəlik “Mədəniyyət” proqramını aparırdı. Azərbaycan dinləyicisi Sədaqət xanımın təqdimatında dünya incəsənətindən, ədəbiyyat və musiqisindən xəbərdar olurdu.

O, 2011-ci ildə BBC radiosunun Azərbaycan xidməti bağlananadək orada çalışıb. S.İsmayılovanın son vaxtlar xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Allah rəhmət eləsin. …read more

From:: ANS