4 min insan xilas edildi

Son sutka ərzində Liviya sahillərində 4000-ə yaxın miqrant xilas edilib.

ANS PRESS-in məlumatına görə, İtaliya sahil xidmətindən xəbər verilib ki, onların hamısı İtaliya limanlarına yerləşdirilib.

Miqrantları 17 əməliyyat nəticəsində İtaliya və Fransanın hərbi-dəniz qüvvələri xilas edib.

Qeyd edək ki, İlin əvvəlindən Aralıq dənizində Avropaya getmək istəyən azı 1750 miqrant ölüb.

Miqrasiya üzrə Beynəlxalq Təşkilat bu il Aralıq dənizində 30 min miqrantın həlak ola biləcəyi barədə xəbərdarlıq edib. …read more

From:: ANS