Hilari Klintonun durumu ruscadır (VİDEO)

Bu məşəlin fonunda Birləşmiş Ştatlara baxaq. Birləşmiş Ştatların yeni prezidenti seçməsinə o qədər çox vaxt qalmayıb. Artıq 6 namizəd bildirib ki, prezidentlik üğrunda mübarizəyə qoşulacaq. Onlar arasında Hilari Klinton da var. Hilari başqa namizədlərə nisbətən daha çox tanındığı üçün onun qalib gələcəyinə inananlar da çoxdur. Amma Klintonun bu seçkilərdə məğlub olacağına iddia edənlərə tutarlı əsaslar verən səbəblər də var və bunlardan ən birincisi həssas amerikalının onu Rusiyanın adamı hesab etmə ehtimalıdır. Bəli bəli… Klintonu asanlıqla Rusiyanın adamı kimi qələmə vermək olar, indi qoy altından çıxsın, görək necə çıxır… Klintonun təmsil etdiyi qüvvələrin – demokratların Azərbaycan üçün xüsusi mənası var. Elə Kerri kimi. Ona görə ki, Azərbaycan adətən Birləşmiş Ştatlarda demokratlar hakimiyyətdə olanda daha çox zərər çəkir. 907-ci düzəlişdən üzü bu yana başımıza gələn o qədər hadisələr, bəlalar var ki… Bax elə buna görə də Hilari Klinton üzərində xüsusi dayanıram. Beləliklə, Klintonun vəziyyəti niyə ruscadır?

Namizədin prespektivinə çökən duman şübhəli uranla bağlıdır. Yəni, qəflətən ən etibarlı mənbələrdən məlum olub ki, Birləşmiş Ştatların bütün uran ehtiyatlarının 20 faizinin sahibi olan Kanadanın “Uranium Uan” uran emalı şirkətinin “Rosatom”a satılmasından Klintonlar Fonduna “otkat” daxil olub və bu hadisə ciddi şübhə və araşdırma hədəfidir. Fakt ətrafında böyük qalmaqal yaranıb.

“New-York Times” kimi, dünyanın ən etibarlı qəzetlərindən biri, bəlkə də laap birincisi çəkinmədən iddia edir ki, sövdələşmə nəticəsində Klintonlar Fondu çoxmilyonluq sərvət qazanıb və xof var ki, bu pullar Hilari Klintonun seçki kampaniyasının maliyyələşdirilməsinə xərclənəcək.

Nüfuzlu informasiya holdinqlərindən biri olan “Minchenko Consulting” isə daşdan keçən faktlara əsaslanaraq bildirir ki, “Uranium Uan”ın satışı 2009-2013 il arasında iki etapdan ibarət olmaqla həyata keçirilib.

Əvvəlcə Rusiya korporasiyasının paketi 16 faiz olub, daha sonra isə o payını 51 faizə çatdırmaqla tam mülkiyyətçiyə çevrilib. Bu əməliyyatı bir sıra hakimiyyət strukturları, o cümlədən Dövlət Departamentində bəyəniblər və məsələ burasındadır ki, o dövrdə Departamentin fəliyyətinə prezidentliyə indiki namizəd Hillari Klinton rəhbərlik edirdi. Onu …read more

From:: ANS