Barak Obama: “Jurnalistlər məni məcbur edir…”

ABŞ prezidenti Barak Obama 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə çıxış edib.

Prezident Obama ilk öncə Ümumdünya Mətbuat Azadlığı Günündə mətbuatın demokratiyanın bərqərar olmasında, bir çox çətinliklərin, amansızlıqların işıqlandırılmasında oynadığı əhəmiyyətli rolu və dünyanın müxtəlif ölkələrində mövcud olan ümidverici hadisələri qeyd edib.

“Jurnalistlər bizə bir vətəndaş olaraq öz ölkəmiz, özümüz və hökumətimiz barəsində həqiqəti öyrənmək imkanını təmin edirlər. Bu, bizi daha da təkmilləşdirir, gücləndirir. Bu, öz fikrini ifadə edə bilməyənlərə səs verir, ədalətsizliyi ifşa edir və mənim kimi ölkə rəhbərlərini daha da cavabdeh olmağa məcbur edir” – deyə B.Obama bildirib.

Prezident təəssüflə deyib ki, dünyanın bir çox yerlərində azad mətbuat, həqiqəti gizlətmək istəyən və yaxud vətəndaşların müstəqil qərarlarına etibar etməyən hökumətlər tərəfindən hücumlara məruz qalır: “Jurnalistlər təqib olunur, bəzən hətta qətlə yetirilirlər. Müstəqil kütləvi informasiya vasitələri bağlanır. Fikir ayrılığı susdurulur. Sərbəst ifadə azadlığı boğulur”.

Obama bu baxımdan çox çətin şəraitdə inanılmaz dərəcədə cəsarət göstərmiş üç jurnalist haqqında məlumat almaq imkanını yüksək qiymətləndirib və dəyər verib: “Onların hər üçü mətbuat azadlığını kəskin şəkildə məhdudlaşdırmış ölkələri təmsil edirlər. Onların hər üçü əvvəllər həbs edilmiş və yaxud təqiblərə məruz qalmışlar.

Hazırda onların hər üçü burada – Birləşmiş Ştatlarda sığınacaq tapıb. Biz, onların qarşısında duran əhəmiyyətli vəzifələrini davam etdirə bilmələri üçün onları qəbul etmişik”.

Prezident həmin üç jurnalist haqqında bunları deyib: “Onlardan biri Rusiyadan olan Fatima Tlisovadır. O, Şimali Qafqaz bölgəsində baş verən hərbi əməliyyatlar, eləcə də insanların yoxa çıxması və korrupsiya barəsində məlumatlar yaymışdı. Onun özü hücuma məruz qalmış, qaçırılmış və ona işgəncə vermişdilər. Hal-hazırda o, “Amerikanın səsi” radiosunda çalışır və bu yaxınlarda Boston şəhərində baş vermiş partlayışla bağlı keçirilən məhkəmə prosesi haqqında məlumat vermişdi. Biz, Fatimanın burada olmasını yüksək qiymətləndiririk.

Digəri Vyetnamdan olan bloger Diyeu Kaydır. Bu, onun ədəbi təxəllüsüdür, o, insan haqları, o cümlədən dini etiqad azadlığı haqqında yazılar yazmış, Vyetnamda mətbuat azadlığının təmin olunması istiqamətində böyük mübarizə aparmışdı. O, 6 il həbsdə yatıb və oktyabr ayında …read more

From:: ANS