İmperatorun sadiq qulu – çilingər (VİDEO)

Erməni lobbisi Azərbaycanın məruz qaldığı böyük təzyiqlər kompleksinin əhəmiyyətli hissəsini idarə edir. Və elə buna görə də Ermənistan prezidenti Serj Sarkisyanın Vladimir Poznerin proqramına, özü də “soyqırım”ında verdiyi müsahibəyə mən çox maraqla baxdım. Özümə də maraqlı idı ki, görəsən adam nə deyəcək, nədən danışacaq? Deyim ki, “intervu” qeyri-adiliklərlə dolu idi. Başlayaq elə bundan ki, müsahibədə Sarkisyan Birləşmiş Ştatları və İsraili öz maraqlarını erməni maraqlarından üstün tutmaqda heyrət dolu ittiham edir.

Baxmayaraq ki, Sarkisyan çilingər Serjdən formasına görə çoxdan aralanıb, amma məzmun elə həminki olaraq qalıb. Ermənistan prezidenti sanki başqa planet üçün danışır. Guya onu və təmsil etdiyi dövləti kimsə tanımır. Buyurun: cənab Sarkisyan nə deyir? “İstənilən cinayət, əgər açılmırsa və cəzasız qalırsa başqa cinayətlər üçün stimul olur. Nahaq yerə demirlər ki, ən yaxşı proflaktika etirafdır. Burda da həmçinin. Düşünürəm ki, gələcəkdə baş verə biləcək cinayətin dəf edilməsindən ötrü ən yaxşı xəbərdarlıq və ən güclü müdafiə elementi keçmişdə törədilən cinayətlərin etirafıdır”. Boy! Görün bunu kim deyir… Bəs biz neçə ildir, neynirik, erməni qəbri söyürük? Biz də deyirik ki, Xocalı soyqırımı etiraf edilməlidir ki, bunu edən ruhən yüngülləşsin . Serjin yadplanetlilər üçün bəyanatlarından daha biri: “Sovet İttifaqında “soyqırım” haqqında danışmaq olmazmış”… Balam bəs onda, Sovet İttifaqının oğlan vaxtında! – 1966-cı ildə “qenosid”ə türkün məsəli qoyulmuş bu yöndəmsiz abidə göydən düşüb. İndi isə “intervü”nün gül vuran yeri barədə.

Deməli, aparıcı Pozner soruşur: Mən öyrəndim ki, Ermənistan əhalisinin 98 faizi ermənidir. Yəni bu nadir təkmillətlilik ondan ötrü miqrasiya və toqquşmalar kimi problemləri dərhal ixtisara salır.

Sarkisyan Poznerin sualına sualla cavab verir… Sizin Ermənistanın təkmillətli respublika olması barədə bayaqkı fikrinizə qayıtmaq istəyirəm. Bəs siz özünüzdən heç vaxt soruşmamısınız, niyə?. Pozner cavab verir ki, yox soruşmayıb. Sarkisyan isə mütəfəkkir görkəmi alaraq asta-asta buyurur…

“Mən özüm-özüm üçün cavabı tapmışam. Bəlkə də doğru deyil. Ona görə ki, çar Rusiyası ermənilərin imperatora loyallığına əmin idi və ona görə də Ermənistanı rus ordusunun …read more

From:: ANS