“Bakı-2015”in beynəlxalq idman elçisindən maraqlı inanc və vərdiş

İlk Avropa Oyunlarında iştirak edəcəyim günü səbirsizliklə gözləyirəm.

ANSPRESS “Bakı-2015”in saytına istinadla xəbər verir ki, bu sözləri ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi Böyük Britaniya taekvondoçusu Ceyd Cons deyib.

C.Cons 1993-cü ildə Şimali Uelsdə doğulub və 8 yaşında olarkən babası onu taekvondo ilə tanış edib. Əsas məqsəd isə Ceydin özünün şəxsi müdafiəsini təmin etmək olub. Ceyd “London-2012” Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra, həmçinin dünya Qran-prisi və 2014-cü ildə keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

“Bakı-2015”in beynəlxalq idman elçisi seçildiyim üçün çox qürur duyuram”, – deyən Ceyd ilk Avropa Oyunlarının tanıdılmasında iştirak etməyin onun üçün fəxr olduğunu söyləyib.

Taekvondoçu deyib: “Mən Avropa Oyunlarında yarışacağıma görə doğrudan da çox həyəcanlıyam. Belə şansla tez-tez qarşılaşmıram və bu, mənim üçün yaxşı fürsətdir ki, müxtəlif idman növlərinin bir araya gəldiyi yarışda iştirak edim. Bizi mükəmməl ab-hava gözləyir”.

Ceyd “oyundan əvvəl etdiyin hər hansı bir vərdiş və ya inancın varmı” sualına belə cavab verib: “Mən hər zaman öz uğurlu corablarımı geyinirəm. Ailə üzvlərim isə oyundan bir gün əvvəl tünd yaşıl rəngli daş-qaşdan olan boyunbağı taxırlar”. …read more

From:: ANS