O da mini geyinib səhnəyə çıxdı… (FOTO)

Güclü səsi ilə seçilən türk sənətçisi İşın Karaca Antalyada turizm mərkəzində konsert verib.

ANS PRESS-in məlumatına görə, ifaçının otellərin birində verdiyi konsert proqramı “Yaya salam” adlanıb.

Saat yarım səhnədə çıxış edən İşın Karaca ingilis dilində mahnılara üstünlük verib. Anşlaqla keçən konsertdə tamaşaçılar da onunla mahnıları oxuyublar. Karaca konserinin bir hissəsində davul şou göstərib.

Bir sözlə, İşın Karaca bəlkə yaradıcılığı dövründə ilk hərəkətli konsertini verib. Çəkisinin azalması ilə diqqət çəkən ifaçının səhnə geyimi hər kəsi təəccübləndirib. Onun hələ heç kim qara mini libasda görməmişdi.

Müğənni özü də görünüşündə razılıqla danışıb. “İlk dəfə mini ətəklə konsert verirəm. İlk dəfə dekolte qiyafət geyərək səhnəyə çıxıram. Artıq mən də dəbə uyğun libaslar seçə bilirəm”- deyə sevincini gizlətməyib.

…read more

From:: ANS