Azərbaycan Pakistana güzəşt etdi

Azərbaycan tərəfi Pakistan Milli Bankının (NBP) Bakı filialına məcmu kapitala olan minimal tələbin yetirilməsi ilə bağlı güzəştə gedib.

Bunu APA-ya açıqlamasında Pakistanın maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Dar deyib.

Nazir qeyd edib ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevlə bu gün baş tutan görüşü zamanı qaldırılıb. “Ölkə başçısı qeyd edib ki, Pakistan Milli Bankının Bakı filialı kapitala olan minimal tələbi yerinə yetirməkdən azad edilə bilər. Azərbaycan hökuməti istədiyi təqdirdə Pakistan Milli Bankının Bakı filialı Azərbaycan Mərkəzi Bankının məcmu kapitala olan tələbini yerini yetirəcək. Yəni, bankın məcmu kapitalının artırılması Azərbaycan hökumətinin qərarından asılıdır”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, hazırda Pakistan Milli Bankının Bakı filialının məcmu kapitalı 10,2 mln. manat təşkil edir. …read more

From:: ANS