İŞİD-ə hücum dinc sakinləri öldürdü

ABŞ-ın İŞİD qruplaşmasına qarşı rəhbərlik etdiyi koalisiya hava hücumları Suriyanın şimalında 50 nəfərdən çox sakinin ölümünə səbəb olub,

ANS PRESS-in məlumatına görə, mərkəzi Britaniyada olan İnsan Haqları üzrə Suriya Müşahidəsi qrupundan bildiriblər ki, Birmahle kəndinin cümə günü zərbələri məruz qalması nəticəsində bir çox insan hələ də dağıntılar arasında qalıb.

“Cümə günü Aleppo əyalətindəki Birmahle kəndində həyata keçirilmiş koalisiya hava hücumları 52 dinc sakini öldürüb”- deyə İnsan Haqları üzrə Suriya Müşahidəsinin rəhbəri Rami Abdel Rəhman AFP xəbər agentliyinə bildirib.

Koalisiya qüvvələrindən isə hələlik bu barədə heç bir açıqlama verilməyib.

Bu ayın əvvəli müşahidəçi qrup bildirmişdi ki, ABŞ-ın başçılıq etdiyi hava kampaniyası ümumilikdə 2000 insanın həyatına son qoyub və onlardan ən azı 1922-si İŞİD döyüşçüləridir.Yeddi uşaq qətlə yetirilib və 13 nəfərdən hələ də xəbər yoxdur, deyə qrupdan bildiriblər.

Qeyd edək ki, kənd İŞİD döyüşçülərinin kürd və digər üsyançı qruplarla döyüşdüyü cəbhə xəttində yerləşir. İŞİD İraq və Suriyanın şimalında xəlifə qurmaq istəyir və sərhədin hər iki tərəfində geniş ərazilərə nəzarət edir. ABŞ keçən ilin sentyabr ayından İŞİD-nə qarşı hava hücumları kampaniyasını genişləndirib. …read more

From:: ANS