“Eurovision”da münsiflərimiz müəyyənləşib

Avstriyada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanın milli münsiflər heyəti müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, bu il Azərbaycan münsiflər heyətində musiqişünas Zümrüd Dadaşzadə, müğənnilər Samirə Allahverdi, Tünzalə Ağayeva, Faiq Ağayev, Azər Zeynalov və Fidan Hacıyeva olacaq.

Münsiflər heyətinin sədri Z.Dadaşzadədir.

Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında “Hour of the Wolf” mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək. …read more

From:: ANS