İŞİD-dən daha bir qətliam

İraq rəsmiləri İŞİD terroçularının Mosul şəhərinin qərbində bir neçə yüz yezidini qətlə yetirdiyini bildirir.

ANS PRESS-in məlumatına görə, İŞİD silahlıları cümə günü Təl Afar məntəqəsində 300 yezidi əsiri öldürüblər.

Müxbirlər bildirirlər ki, ölümlərin necə baş verdiyi bilinmir.

Dini azlıq olan yezidilərin minlərlə nümayəndəsi ötən il İŞİD silahlıları tərəfindən əsir edilib. İŞİD yezidiləri kafir hesab edir. Minlərlə yezidi canlarını qurtarmaq üçün Ninova vadisinin Sincar rayonundan kürdlərin nəzarətində olan ərazilərə sığınıb. Çox sayda yezidi kişinin öldürüldüyü, qadınların isə seks köləsi edildiyi xəbər verilir.

Qeyd edək ki, yanvar ayında İŞİD gözlənilmədən 200 yezidini azad etmişdi. …read more

From:: ANS