“Ölməz qu” öldü

Dünyanın və XX əsrin ən yaxşı balerinası həyata gözlərini əbədi yumub.

ANS PRESS-in məlumatına görə, 90 yaşlı rusiyalı balerina Maya Plisetskaya Almaniyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə TASS-a Moskva “Bolşoy” (“Böyük”) Teatrının rəhbəri Vladimir Urin xəbər verib.

“Həyat yoldaşı Rodyon Şedrin mənə zəng etdi. Ağır ürək tutmasından keçinib. Alman həkimlər əllərindən gələni ediblər, lakin onun həyatını xilas etməyi bacarmayıblar”, – deyə V.Urin bildirib.

Qeyd edək ki, SSRİ xalq artisti Maya Plisetskaya P.Çaykovskinin “Qu gölü” adlı baletində nümayiş etdirdiyi unudulmaz səhnə performansı ilə yaddaşlarda iz buraxmış, “ölməz qu” adını almışdı.

…read more

From:: ANS