Ən səs-küylü “Maşın” şou başlayır (VİDEO)

Əməkdar artist Murad Dadaşovun “Maşın”realiti-şousunun reklam çarxı təqdim olunub.

ANS PRESS-in məlumatına görə, realiti-şounun növbəti buraxılışının ilk günü 9 mayda, saat 22.00-də birbaşa efirə gedəcək.

Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov, baş redaktoru və senaristi Tural Sevdimalı, prödüsseri Toğrul Məmmədovdur.

Murad Dadaşov layihənin ən səs-küylü iştirakçılar seçib yenidən bir araya gətirir. Yarışmada bu günə kimi Maşın realiti-şou tarixində ən səs-küylü məşhurlar yarışacaq. 18 iştirakçıdan bəzilərinin adları dəqiqləşib.

Bunlar xalq artistləri Aygün Kazımova, əməkdar artist Elza Seyidcahan, Mehriban Xanlarova, müğənnilər Elton Hüseynəliyev, Nadir Qafarzadə, Elçin Hüseynov, Vasif Məhərrəmli, Xatirə İslam, Rəhim Rəhimli, Günay İbrahimli, Roza Zərgərli, rəqqasə Oksana Rəsulova, dicey Çina, stilist Anar Ağakişiyev, Aşıq Əli, meyxanaçılar Elşən Xəzər, Rəşad Dağlı və başqalarının olacağı gözlənilir.

Xatırladaq ki, “Maşın” realiti-şousunun qalibləri arasında yumorist Müşfiq Şahverdiyev, aparıcı Turan İbrahimov, repçi Anar Nağılbaz, dicey Çina, meyxanaçı Sadıq Mustafayev, müğənni Ülvi Cəfərov və başqaları olub.

…read more

From:: ANS