“Barselona”dan qol şousu (VİDEO)

“Barselona” İspaniya La Liqasında növbəti oyununa çıxıb.

ANS PRESS-in məlumatına görə, Kataloniya klubu ölkə çempionatının 35-ci turunda səfərdə autsayder “Kordoba” ilə qarşılaşıb. Matçda lider “Barsa”nın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda iki dəfə fərqlənən Messi qol krallığında Ronaldonu ötüb.

İspaniya La Liqasında Messinin hesabında 40 Ronaldoda isə 39 top var.

Bu qalibiyyətlə xalını 87-ə yüksəldən Luis Enrikenin komandası birinci pillədəki yerini qoruyub.

İspaniya La Liqası, 35-ci tur

“Kordoba” – “Barselona” – 0:8
Qollar: İvan Rakitiç, 42 (0:1), Luis Suares, 45 (0:2), Lionel Messi, 46 (0:3), Luis Suares, 53 (0:4), Jerar Pike, 65 (0:5), Lionel Messi, 80 (0:6), Neymar, 85-pen (0:7), Luis Suares, 88 (0:8)

…read more

From:: ANS