ANS-çilər Su İdman Sarayında (VİDEO, FOTO)

Avropa oyunlarının keçiriləcəyi idman arenaları çoxdan yarışlar üçün hazır edilb. Yarışlar başlamazdan əvvəl oyunların təşkilat komitəsi maraqlı addımlar atır. Bu dəfə ANS-in tanınmış simaları üçün tanışlıq təşkil edilib.

Bakıda keçiriləcək Birinci Avropa oyunları artıq nəinki Azərbaycanın, eləcə də bütün Avropanın idman ictimaiyyətinin müzakirə etdiyi bir nömrəli mövzuya çevrilir. Oyunların məşəlinin respublikamızda gəzdirilərək yarışların bir növ anons edildiyi bir vaxtda ANS də bu təbliğat kampaniyasına öz tövhəsini verir. Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlərlə daha yaxından tanış olmaq və görülən tədbirlər barədə məlumatı ictimaiyyətə çatdırmaq üçün bu gün ANS-in məşhur simaları yarışların keçiriləcəyi məkanlardan birində olublar. ANS-çilər üçün press tur təşkil edən 2015 Avropa oyunları əməliyyat komitəsi ilk olaraq yenicə istifadəyə verilmiş Bakı su idman sarayının qapılarını üzümüzə açdı.

Bakida keçiriləcək ilk olimpiya oyunlarında su idman növləri üzrə yarışların keçiriləcəyi kompleks möhtəşəmliyi, eləcə də tikilmə sürəti ilə ANS-in məşhur simalarını heyran etdi.

Məlumunuz olsunki, su idmanı sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan bu hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Su idmanı sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək.

İdman sarayının işçiləri də məşhur aparcıların gəlişindən özünəməxsus formada yararlandılar. Onların aparıcılarımızla çəkdirdiyi şəkillər artıq sosial şəbəkələri bəzəyir. Amma bizim məşhurlarımız da özlərinin idman sarayı və Avropa oyunlarına hazırlıqla bağlı fikirlərini sosial şəbəkələrdə bölüşməkdən vaz keçmədilər. Gələn həftə bu press turun davam edəcəyi və ANS-in tanınmış simalarının digər idman obyektlərinə baş çəkəcəyi planlaşdırılır.

…read more

From:: ANS