Bulvarda növbəti yeniliklər (VİDEO)

Dənizkənarı Bulvar ərazisində görülən hazırlıq işləri artıq yekunlaşıb.

ANS TV-nin məlumatına görə, “Bakı 2015” I Avropa Oyunları ilə əlaqədar olaraq Dənizkənarı Bulvar ərazisi də artıq gücləndirilmiş iş rejiminə keçib. Bu əraziyə düşən və oyunların keçirildiyi məkanlarda artıq işlər yekunlaşıb.

Dənizkənarı Milli Park ərazisində hazırlıqlara hələ bir ay bundan əvvəl start verilib. İlk Avropa Oyunları ilə əlaqədar “Kristal Holl”da müxtəlif idman növləri üzrə yarışların keçirilməsi nəzərə alınaraq burada hazırlıq işləri görülüb. Saray artıq Avropa Oyunlarının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Oyunlara hazırlıq çərçivəsində Olimpiya və Paralimpiya oynlarının keçirilməsi üçün Dənizkənarı Bulvar ərazisində yerləşən Bakı İdman sarayında da əsaslı təmir və yenidənqurma işləri aparılıb. Artıq saray istifadəyə verilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, Su İdman Sarayı Bulvar ərazisinə düşdüyü üçün buraya gələn qonaq və turuislərin sayında xeyli artım olacaq.

Dənizkənarı Milli Parkdakı yeniliklər bununla da bitmir. Həmçinin Bulvar ərazisində olan idman avadanlıqları da həm yerli vətəndaşlar, həmdə gələn qonaqların istifadəsində olacaq. Bulvarda Wi- Fi internet şəbəkəsinin genişləndirilməsi üçün də işlər aparılır. Avropa Oyunları dövründə Bulvar ərazisinnin bütün nöqtələrində internet şəbəkəsinin olması nəzərəd tutulur və bu istiqamətdə işlər aparılır.

…read more

From:: ANS