Bu da gələcəyin kraliçasının ilk FOTOLARI

Böyük Britaniya şahzadəsi Uilyamın dünyaya gələn ikinci övladının ilk fotosu yayılıb.

ANS PRESS-in məlumatına görə, körpənin dünyaya gəlməsi və onun ilk fotosu Britaniya mətbuatının gündəm xəbərlərindən birinə çevrilib.

Keyt Midelton qız övladı dünyaya gətirib. Körpənin çəkisi 3 kq 700 qramdır. Kembrinc hersoqiniyası bu gün səhər saatlarında doğuş üçün xəsətəxanaya aparılmışdı.

Qeyd edək ki, körpənin cinsi və adı ilə bağlı aylardır ciddi müzakirələr gedib, hətta mərc belə qoyulub. Çoxları onun qız olacağını gözləyirdi. Körpə taxt-tacın 4-cü varisi olacaq.

Keyt Midelton və şahzadə Uilyamın ilk övladı 2013-cü il iyul ayının 22-də doğulub. Onların Corc adlı oğlanları var.

…read more

From:: ANS