Rus təyyarələri ABŞ-a girdi

Rusiya Silahlı Qüvvələrinin iki Tu-95 bombardmançı təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə həyacanlı anlar yaşadıb.

ANS PRESS-in məlumatına görə, bu barədə The Washington Free Beacon Pentaqondakı mənbəsinə istinadən xəbər verir.

Bildirilir ki, bombardmançı təyyarələr Alyaska səmasında görünüb. İnsident aprelin 22-də baş verib. Qəzet yazır ki, bombardmançı təyyarələrin qarşısının alınması üçün ABŞ tərəfi havaya qırıcılarını qaldırmayıb.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrinin bombarmançı təyyarələri Avropa səmasında da tez-tez peyda olur. Belə ki, təyyarələr əsasən Baltik dənizi üzərində Latviyanın hava məkanına girir. NATO bunun qarşısını almaq üçün dəfələrlə havaya qırıcılarını qaldırıb. …read more

From:: ANS