Suriyada azərbaycanlı qardaşlar öldürüldü (FOTO)

Suriyada döyüşən azərbaycanlılardan daha ikisi öldürülüb.

ANS PRESS-in məlumatına görə, bu barədə radikal islamçılar sosial şəbəkələrdə yazaraq öldürülən azərbaycanlıların fotolarını yayıblar.

Bildirilir ki, öldürülənlər iki qardaşdır. Onlardan biri Xalid Azəri adı ilə tanınır. Onun qardaşının adı isə açıqlanmır.

Qeyd edək ki, Suriyada gedən döyüşlərdə yüzdən çox azərbaycanlı döyüşür. Onlar qeyri-leqal yollarla Suriyaya gedirlər. Dəfələrlə orada döyüşən azərbaycanlıların ölüm xəbərləri gəlib.

Öldürülən azərbaycanlı qardaşların fotolarını sizə təqdim edirik.

…read more

From:: ANS