Gürcü “qanuni oğru”ya erməni təhqiri

Gürcü “qanuni oğru”, 35 yaşlı Luka Alanidze və kriminal avtoritet, 31 yaşlı Laşa Abzianidze cümə axşamı İrəvanda həbs edilib.

ANS PRESS-in məlumatına görə, onlar Abovyan küçəsində həbs olunaraq İrəvan cinayət axtarışı şöbəsinə aparılıblar.

Ermənistada çap olunan “Joxovurd” qəzetinin yazdığına görə, gürcü avtoritetlərin İrəvanda həbs edilməsi Gürcüstanda təəccüblə qarşılanıb. Məsələ bundadır ki, onların həbsi üçün heç bir əsas olmayıb. Erməni polislər isə onların Ermənistana gəlmə səbəbi ilə maraqlanıblar. Bir neçə sualdan sonra onları azad etməyə məcbur olublar.

Ermənistandakı mənbələr bildirir ki, gürcü avtoritetləri İrəvanda tanınmış kirminal avtoritet Armen Konevskinin qardaşı Artyom Konevski qarşılayıb. O, gürcü avtoritetləri Gürcüstan sərhədinə qədər müşayiət edib. …read more

From:: ANS