Sağ qalmalarına heç kim inanmır

Bir həftə əvvəl Nepalda baş verən zəlzələdə dağıntılar altında qalmış insanların sağ qalmasına ümid yoxdur.

ANS PRESS-in məlumatına görə, Nepalın daxili işlər naziri Laxmi Prasad Dakal bildirib ki, xilasetmə işləri davam edir, lakin daha çox insanı xilas etməyin mümkün olacağına inanmır: “Biz xilasetmə işlərində əlimizdən gələni edirik, lakin indi inanmıram ki, sağ qalan kimisə tapmaq mümkün olsun”.

Nepal rəsmiləri keçən həftə baş vermiş zəlzələdən sonra daha çox sağ qalanların tapılacağını istisna edirlər. Zəlzələ nəticəsində ölənlərin sayı artıq 6621-ə çatıb. Ucqar ərazilərdə minlərlə insanın taleyi naməlum olaraq qalır. Keçən şənbə baş vermiş 7,9 bal gücündə zəlzələ nəticəsində 14021 insan xəsarət alıb.

Xilasetmə işlərinin koordinatoru Hemanta Pal bildirib ki, yüksək ərazilərdə xilasetmə işləri davam etdikcə, ölü sayı arta bilər. İtkilər əsasən Nepalda baş versə də, qonşu Hindistan, Tibet və Banqladeşdə təxminən 100 nəfərin öldüyü bildirilir.

Aİ-nın Nepaldakı səfiri Rensje Teerink cümə günü bildirib ki, 1000 nəfər Aİ vətəndaşının harada olması hələ də məlum deyil. Nepal davamlı olaraq daha çox xarici dəstək və humanitar yardım üçün çağırışlar edərək, fəlakətə hazırlıqsız olduğunu etiraf edib.

Torpaq sürüşmələri və pis hava şəraiti təcrid olunmuş ərazilərə yardım daşınması işini də çətinləşdirib və xilasetmə işləri üçün yalnız 20 vertolyot var.

Ölkənin informasiya naziri Minendra Rijal bildirib ki, Nepalın 400 000 çadıra ehtiyacı var, lakin indiyə qədər yalnız 29 000 çadır paylamaq mümkün olub.

Xatırladaq ki, aprelin 25-də Nepalın paytaxtı Katmandu yaxınlığında güclü zəlzələ baş verib. Təkanların maqnitudası 7,9 bal gücündə olub. Yerin iki kilometr dərinliyində baş verən təkanlar paytaxt Katmandunun 77 kilometr şimal-qərbində qeydə alınıb. Zəlzələ nəticəsində Katmandudaki bəzi binalar dağılıb. Qonşu Hindistan və Pakistanda da hiss edilən təkanlar ciddi zərərə səbəb olub.

Bu gün isə Nepalda növbəti güclü zəlzələ meydana gəlib, maqnitudası Rixter cədvəli üzrə 5.6 bal olan yeraltı təkan qeydə alınıb.

Zəlzələnin episentri paytaxt Katmandudan 41 km məsafədəki Kirtipur şəhərində, ocağı 10 km dərnilikdə yerləşib. Bu zəlzələ nəticəsində dağıntı və xəsarət alanların olub-olmadığı barədə …read more

From:: ANS