Gəncədə xala uşaqları bıçaq davasına çıxdı

Gəncə sakini 35 yaşlı Yunis Məmmədov çoxsaylı bıçaq xəsarətləri Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Həkimlər yaralıya ilkin yardım göstərib və sonrakı müalicə üçün palataya yerləşdiriblər.

İlkin məlmata görə Məmmədov yaşadığı Məhsəti qəsəbəsində xalasının oğlu 43 yaşlı Mehtixan Bayramov tərəfindən bıçaqlanıb.

Qarşlıqlı mübahisə zamanı həmin şəxs də bıçaq xəsarətləri alıb.

Hazırda fakt üzrə Gəncə şəhər Baş Polsi İdarəsinin Kəpəz rayon Polis İdarəsində araşdrıma aparılır.

“Xəstə Məmmədov Yunis Qulu oğlu üz nahiyyəsində və bədənində bıçaq yaraları şöbəyə gətirilib. Ona lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafidir” – deyə həkim Cəlal Zeynalov bildirib. …read more

From:: ANS