“Real”dan yeni rekord!

Madridin “Real” klubu yeni rekordla yadda qalıb.

ANS PRESS-in məlumatına görə, madridlilər ardıcıl 19-cu dəfə UEFA Çempionlar Liqasında birbaşa iştirak hüququ əldə edib.

Bu, İspaniya La Liqasının 34-cü turunda “Rayo Valyekano” – “Valensiya” matçında sonra rəsmiləşib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan “Valensiya”nın “Real”la xal fərqi 13-ə yüksəldiyindən, “kral klubu” bu uğuru reallaşdırıb. “Valensiya” qarşıdakı 4 turda maksimum nəticə göstərsə belə, hazırda ikinci pillədə qərarlaşan “Real”a çata bilməyəcək.

Bununla da, üçüncü və dördüncü pillərdə qərarlaşan “Valensiya” və “Sevilya”nı 13 xal qabaqlayan “Real”ın növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirakı rəsmiləşib. …read more

From:: ANS