Manatın qorxu dövrü bitdi

Qarşıdan gələn aylarda Azərbaycan Mərkəzi Bankının (AMB) əvvəlcədən müəyyən edilmiş gəlirliklə geri alınacağına zəmanət verilən qiymətli kağız yerləşdirmələrinin sayının artacağı gözlənilir.

ANS PRESS-in araşdırmasına görə, AMB son bir neçə aydır ki, fond bazarında bu cür əməliyyatları dayandırıb. Bakı Fond Birjasında (BFB) sonuncu dəfə bu cür əməliyyat yanvarın 21-də gerçəkləşdirilib. AMB 28 gün müddətinə gəlirliliyi 1 faiz olmaqla 30 milyon manatlıq qısamüddətli not yerləşdirib və bu da baş tutmamış hesab edilib. Yəni notlara alıcı tapılmayıb. Halbuki, keçən ilin dekabr ayında AMB təxminən eyni məbləğ və gəlirlikli 2 yerləşdirmə gerçəkləşdirmişdi və hər iki yerləşdirmə uğurla nəticələnmişdi.

Müəyyən edilmiş gəlirliklə geri alınacağına zəmanət verilən dövlət qiymətli kağızları dünya praktikasında 1917-ci ildən istifadə edilir və cari dövlət xərclərinin təmin edilməsi üçün işlədilir. Dövlət bu cür qiymətli kağızlarla özəl qurumlardan vəsait cəlb edir və sonra vergi gəlirləri ilə həmin pulları qaytarır. ABŞ-da bu, ənənəvi büdcə maliyyələşdirməsi variantına çevrilib və bəzən 200 milyard dollara qədər qalxa bilir. Bu cür dövlət qiymətli kağızlarının tətbiqi milli valyutaya xarici təzyiqləri azaldır və sabit maliyyə recimi qurmağa yardımçı olur.

Keçən ayın sonlarında parlamentin iqtisadi siyasət komitəsində çıxış edən AMB İdarə Heyətinin sədr müavini Alim Quliyev Mərkəzi Bankın yenidən dövlət qiymətli kağızlarının yerləşdirilməsi praktikasına qayıdacağını vurğulayıb. Əksər ekspertlər bunun manata təzyiqləri azaldacağını düşünürlər. Çünki bir sıra maliyyə qurumları planlaşdırdıqları gəliri dövlət qiymətli kağızlardan əldə edəcəklər və əllərindəki manat vəsaitlərini valyuta bazarına yönəltməyəcəklər.

İqtisadçı alim Vüqar Bayramov dövlət qiymətli kağızlarının buraxılışının manata təzyiqləri azaldacağını vurğulasa da, bütövlükdə hökumətin bu sahədə çox işlər görməli olduğunu vurğulayır. “Bizdə əhali xarici valyutaya yığım vasitəsi kimi baxır. Bu da manata təzyiqləri artırır. Hökumət əhali üçün alternativ yığım vasitələri yaratmalıdır. Qərbdə fond birjası bu rolu çox uğurla oynayır. Amerika əhalisinin 95 faizi müxtəlif korporasiyaların səhmlərinin sahibidir. Buna görə də milli valyutanın məzənnəsinin necə olması əhalini elə də maraqlandırmır. Bununla yalnız ixracla məşğul olan iş …read more

From:: ANS