Zakir Həsənov: “Torpaqları azad etməyə hazırıq” (FOTO)

Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 may faşizm üzərində Qələbənin 70-ci ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir görüş iştirakçılarını salamlayaraq, qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə, ön və arxa cəbhədə qəhrəmanlıq, böyük fədakarlıq göstərmələrini diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov veteranlarımızın bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək dəyərləndirib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin bu bayrama xüsusi önəm verməsi, həmin ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

“Bu il yubiley tədbirlərində, Moskva şəhərində keçiriləcək hərbi paradda Silahlı Qüvvələrimizin hərbi qulluqçularından ibarət bölmə də iştirak edərək bayrağımızı uca tutacaqdır. Eyni zamanda biz bununla bütün dünyaya göstərəcəyik ki, ağır müharibə illərində Siz veteranların əldə etdiyi qələbə Azərbaycan üçün nə qədər əziz və vacibdir. Təəssüflər olsun ki, bu bayram ərəfəsində bizim üzüntümüz də vardır. Qədim və əzəli Azərbaycan torpaqları hələ də işğal altındadır. Ancaq Siz veteranlar və bütün xalqımız əmin olmalıdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ordumuz ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunub. Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığını yüksəltmək məqsədilə hərbi poliqonlarda təlimlər keçirməklə öz peşəkarlıq səviyyəsini artırır.

Cəbhədəki son vəziyyət bir daha onu göstərir ki, Silahlı Qüvvələrimiz düşməni nəzarətdə saxlamaqla, ona sarsıdıcı zərbələr endirməklə təşəbbüsə tam yiyələnib. Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur. Xəstəliklərin sayının artması, fərrarilik hallarının çoxalması, nizam-intizamsızlıq, özbaşınalıq – budur onların ordusundakı real vəziyyət. Erməni tərəfi məcbur olub səngərlərə mülki əhalini, dinc sakinləri, müxtəlif ölkələrdən muzdluları cəlb edir. …read more

From:: ANS