Kerri ABŞ üçün ləkədir

“Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyasına xərclədiyi güc və vəsait münaqişələrin nizamlanmasına yönəldilsəydi, təkcə Dağlıq Qarabağ yox, postsovet məkanındakı bütün münaqişələr həllini tapardı.”

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O, “Azərbaycan” qəzetinə verdiyi müsahibədə Avropa Oyunları ərəfəsində Azərbaycanda qarışıqlıq yaratmaq üçün ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ayrılması haqqında mətbuatda yazılanlara münasibət bildirib.

Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerri hər zaman antiazərbaycançı mövqedə olub. Onun bu işlərin başında dayanan bir şəxs olması məni təəccübləndirmir. Bütün mənalarda Con Kerri hər zaman antiazərbaycançı mövqe sərgiləyib və bu gün də Azərbaycana qarşı aparılan kampaniyaların əksəriyyəti həm də onun birbaşa fəaliyyətinin nəticəsidir.

Deputat deyib: “ABŞ kimi nəhəng bir dövlət Kerrinin əlində qalıbsa və özünün siyasətini onun vasitəsilə reallaşdırırsa, bu, Vaşinqtonun imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən hadisədir.”

“Vətəndaşların Əmək Hüquqları Liqası”nın sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü Sahib Məmmədovun fikrincə, antiazərbaycançı şəbəkənin çirkin kampaniyası, əslində, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlıqdan irəli gəlmir. Azərbaycana qarşı belə kampaniyalar bəzi dövlətlər və onların hakimiyyət orqanları tərəfindən təşkil edilir: “Azərbaycana qarşı kampaniya aparan xarici QHT-lər də birbaşa xarici dövlətlərin vəsaiti ilə işləyən, onlardan 100 faiz subsidiya alıb fəaliyyət göstərən və sifarişlərini həyata keçirən təşkilatlardır.” …read more

From:: ANS