Məşəl Yardımlıda (VİDEO)

I Avropa Oyunlarının məşəlini Yardımlı rayonu qəbul edib. ANS TV-nin məlumatına görə, Naxçıvan, Lənkəran, Lerik və Astaranın ardınca oyunların məşəli bu gün Yardımlının qonağıdır. Məşəli Yardımlının girəcəyində Azərbaycanı dünyada tanından 10 idmançısı qəbul edib. Onlar məşəli 1200 m əllərində daşıyıblar.

Heydər Əliyev Xiyabanında təşkil edilmiş bayramda məşəl təmtəraqlı şəlikdə alovlandırılıb. Məşəldən götürülmüş alov rayon sakinlərinə təqdim edilib.

Yardımlıdan sonra bu məşəl təqdimatı bu gün Masallıda yaşanacaq.

Xatırladaq ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Oyunların məşəli aprel ayının 26-da Bakıda, Atəşgah məbədində prezident İlham Əliyev tərəfindən yandırılıb.

…read more

From:: ANS