Erməni “kukla” narazı qaldı

“Onlar, yəni ATƏT-in Minsk qrupunun həmsədrləri deyəsən bəyanatlarında nəyisə qatıblar”. Bu barədə jurnalistlərlə söhbətində qondarma Dağlıq Qarabağ rejiminin milli şurasının sədri Aşot Qulyan deyib.

Onların sabah oyuncaq rejimdə keçirilməsi planlaşdırlan parlament seçkilərinin nəticələrini şərh edərkən Qulyan incik şəkildə deyib ki, bunu demokratik dəyərləri olan ölkələrin nümayəndələrinin deməsinə inanmaq çətindir.

Həmsədrlər öz bəyanatlarında erməni siyasətçilərə incə şəkildə işarə ediblər ki, heç bir formada başqasının torpaqlarını zorakılıqla işğal etməyi demokratikləşmə ilə müqayisə etmək olmaz.

Erməniləri ABŞ-ın həmsədrlərin oyuncaq rejimdəki Dağlıq Qarabağdakı hər hansı seçkinin nəticələrini tanımamaq haqqında qərarını dəstəkləməsi də çox məyus edib.

Bu seçki həngaməsini salmaqda əsas məqsədləri ikinci erməni dövləti yaratmaq olan erməni siyasətçilərin ah-zarı və yalvarışları yenə fiaskoya uğradı.

Dünya ictimaiyyəti bir daha İrəvana başa saldı ki, quldurluq ssenarisi ilə işğal edilmiş Azərbaycan torpaqları geri qaytarılmalıdır. …read more

From:: ANS